Məşhur aparıcıdan şok etiraf: Evə girib mənə təcavüz etdi - FOTOLAR

"Miss Fashion 2020" Elif Yılmaz 2016-cı ildə Halkalıdakı evində ilk gecəsində bir əmlak agenti tərəfindən təcavüzə məruz qaldığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur aparıcı Elif Yılmaz şok etiraf edib.

Adanadan İstanbula gəldiyi dövrdən danışan Yılmaz yaşadığı təcavüzü bu sözlərlə izah edib: "İlk dəfə İstanbula köçəndə daşınmaz əmlak agenti ilə görüşüb ev kirayələmək istəyirdim. 2016-cı ildə bir işçi Halkalı yaxınlığındakı əmlak ofisində müvəqqəti olaraq ev kirayəyə götürə biləcəyimi söylədi. Tələbə ağlı ilə bu fikir məntiqli gəlmişdi. Evdə qaldığım ilk gecə evə girdi və mənə təcavüz etdi. Evdən necə qaçdığımı xatırlamıram. Şikayət edəcəyimi dedim və ayrılanda qorxaraq evdən çıxdı. Mən heç kimi yaxşı tanımırdım. Tək və köməksiz idim. Belə vicdansız insanlara səs çıxarmağın vaxtıdır. Mən də susmuram. Hələ şikayət edirəm. Çox üzgünəm".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə