Türkiyənin bir çox yerində baş verən dəhşətli yanğınlardan sonra məşhur adların başlatdığı aksiyada gənc müğənni Aleyna Tilki iştirak edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, müğənni bu gün verəcəyi konsertin gəliri ilə Marmarisdəki yanğınlarda komandalara kömək edərkən həyatını itirən Şahin Akdemir adına bir xatirə meşəsi tikəcəyini açıqlayıb.

Muğlanın Marmaris bölgəsindəki meşə yanğınında söndürmə qruplarına könüllü olaraq su daşıyan 25 yaşlı Şahin Akdemir, geri dönərkən alovlara tutularaq həyatını itirmişdi.

Gənc müğənni Aleyna Tilki də ölümü ilə bütün Türkiyəyə yas saxladan Akdemir üçün mənalı bir hərəkət edib. Ölkənin bir çox yerində başlayan yanğınlar səbəbi ilə yeni çıxardığı "Sirr" mahnısının klipini təxirə salan Aleyna Tilki, həyatını itirən Şahin Akdemir üçün bir xatirə meşəsi qurmağa qərar verib.

Sosial media hesabında paylaşım edən müğənni bunları söyləyib: "Sabah baş tutacaq konsertimdən əldə olunan gəliri, geri dönərkən alovlarda canını itirən 25 yaşında olan Şahin Akdemir adına anım meşəsi qurmaq üçün bağışlayıram. Məkanın cənnət olsun, sevgili Şahin”.

Digər tərəfdən, Aleyna Tilki, Türkiyədə davam edən yanğınlar səbəbindən bu gün işıq üzü görəcək mahnısını yayınlamaqdan imtina edib.

"Klipi təxirə saldım. Ölkəmiz üçün dua edirik" dedi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...