Hamilə olan Bergüzal Koreldən pozlar

2009-cu ildə həmkarı Halit Ergençlə evlənən Bergüzar Korel indi üçüncü övladına hamilədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur aktrisa doğuşdan əvvəl ailəsi ilə tətilə çıxıb.

Tətildən yayımladığı fotoları ilə tez-tez gündəmdə olan Korel diqqətəlayiq paylaşımlarına yenisini əlavə edib.
Gələcək qızlarına Leyla adını verəcək olan Bergüzar Korel və Halit Ergenç xoşbəxtlik pozalarındakı "Leyla ilə səhər qəhvəsi" qeydini ediblər.

Qeyd edək ki, məşhur cütlüyün bu pozası yaxın dostları Esra Erol tərəfindən çəkilib.

Xatırladaq ki,ötən günlərdə mavi bikinisi ilə məşhur aktrisanın pozaları da gündəmdə idi.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə