Ağacəkmə aksiyası baş tutub - YENİLƏNİB - FOTOLAR

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları Bələdiyyələri bir araya gətirib. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə şəhər, qəsəbə və kəndlərdə bələdiyyə üzvləri genişmiqyaslı ağacəkmə aksiyalarına qoşulub.

Bu gün Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə iməcilik təşkil olunub. SİA xəbər verir ki, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarsının, eləcə də, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin təşkilatçılığı ilə keçirilən aksiya Bakının Nərimanov rayonu, şəhid Zaur Nudrəliyevin adını daşıyan ərazidə baş tutub.

Aksiya zamanı Abşeron yarımadasının iqliminə uyğun olaraq 200-dən artıq iynəyarpaqlı ağac əkilib, suvarma işləri, aqrotexniki qulluq işləri aparılıb, ətrafda abadlıq işləri görülüb.

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaslarının nəzarəti ilə əkilən ağaclara yerli bələdiyyələr tərəfindən daimi qulluq göstəriləcək.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə