Abşeronda Ulu Öndərin 102-ci il dönümü silsilə tədbirlərlə qeyd olunub

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Abşeron Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, eləcə də idarə, təşkilat və müəssisə rəhbərləri, rayon ictimaiyyəti Ümummilli Liderin adını daşıyan parkda Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə konfrans, dəyirmi masa, nümunəvi çıxışlardan ibarət idman bayramı, qanvermə aksiyası, “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı konfransı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə