Azərbaycanlı tələbələr Ankarada Ulu Öndərin xatirəsini yad ediblər
Türkiyədəki azərbaycanlı tələbə birliklərinin üzvləri müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Ankarada xatirə ziyarəti təşkil ediblər.
SİA xəbər verir ki, Türkiyə paytaxtında yerləşən Heydər Əliyev parkına toplaşan tələbələr Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbir iştirakçıları qeyd ediblər ki, Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya bu gün də Azərbaycan gəncliyi üçün örnəkdir və gələcək nəsillər tərəfindən dərin ehtiramla yaşadılır.
Bütün xəbərlər Facebook səhifəmizdə