"Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə TƏBİB-in tibb müəssisələrinə hospitalizasiya olunan 6 nəfərdən 2 nəfər ambulator müalicə üçün evə buraxılıb". Bu məlumatı SİA-ya açıqlamasında TƏBİB verib.
TƏBİB-dən verilən məlumata görə, 1 nəfər stasionar müalicədən imtina edib, 3 nəfər isə paytaxtda yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub".
Müəllif: Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə