TƏBİB-dən yaralılarla bağlı SON DƏQİQƏ MƏLUMAT AÇIQLANDI

4 Dekabr 2024 12:02 (UTC+04:00)

"Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə TƏBİB-in tibb müəssisələrinə hospitalizasiya olunan 6 nəfərdən 2 nəfər ambulator müalicə üçün evə buraxılıb". Bu məlumatı SİA-ya açıqlamasında TƏBİB verib.

TƏBİB-dən verilən məlumata görə, 1 nəfər stasionar müalicədən imtina edib, 3 nəfər isə paytaxtda yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub".