“Dərs vaxtı” verilişinin 06 aprel tarixi üçün nəzərdə tutulan cədvəli açıqlanıb

“Dərs vaxtı” verilişinin 06 aprel tarixi üçün nəzərdə tutulan cədvəli açıqlanıb

“Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 6-ı üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

SİA Təhsil Nazirliyinə istinadən bildirir ki, sabah saat 10:00-da - Fiziki tərbiyə; 10:10-da VI sinif - Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 10:55-də V sinif - Azərbaycan dili, Riyaziyyat, Tarix; 11:30-da - Məktəbəhazırlıq; 11:45-də IV sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 12:15-də III sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 12:50-də II sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 13:20-də I sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili dərsləri olacaq.

Rus dili bölməsi üçün 14:00-da - Məktəbəhazırlıq; 14:15-də V sinif - Rus dili, Riyaziyyat; 14:40-da VI sinif - Rus dili, Riyaziyyat, Fizika; 15:15-də XI siniflərə Rus dili, Riyaziyyat, Fizika dərsləri olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə