“Azərbaycanla Hindistan arasında mütəmadi əlaqələr həmişə olub” - NAZİR

“Azərbaycanla Hindistan arasında mütəmadi əlaqələr həmişə olub” - NAZİR

“Azərbaycanın Hindistan XİN başçısınını bu səfərini yüksək qiymətləndirdiyini vurğulayıb”.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birlikdə mətbuat üçün brifinqə deyib.

"Son illər ərzində iki ölkə arasında bir sıra məsələrlərdə fikir müxtəlifliliyi olub. Bu da istər-istəməz həm ikitərəfli münasibətlərə, həm də beynəlxalq əməkdaşlıq məsələlərinə təsir edirdi. Biz bu gün çox açıq və ətraflı şəkildə bütün bu məsələləıri müzakirə etdik. Hesab edirəm ki, bu, ikitərəfli münasibətlərin inkişafına zəmin yaradacaq".

Nazir Azərbaycanla Hindistan arasında mütəmadi əlaqələrin həmişə olduğunu vurğulayaraq bu xüsusda telefon danışıqlarını və görüşləri xatırladıb:

"Eləcə də beynəlxalq tədbirlərdə ölkələrimizin nümayəndələri çox fəal iştirak ediblər. Qeyd etdiyim kimi, bugünkü müzakirələr yeni əməkdaşlıq imkanlarına ciddi zəmin yaradır".

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com