“Azərbaycan-Hindistan münasibətlərinin inkişafı üçün yeni imkanlar yaranır” - CEYHUN BAYRAMOV
Azərbaycan-Hindistan münasibətlərinin inkişafı üçün yeni imkanlar yaranır.
SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iki ölkə arasında son illərdə müəyyən məsələlərlə bağlı fikir ayrılıqları mövcud olub və bu, ikitərəfli münasibətlərə, eləcə də əməkdaşlıq imkanlarına təsir göstərib.
Nazir bildirib ki, keçirilən görüşdə bütün məsələlər ətraflı, açıq və konstruktiv şəkildə müzakirə olunub. O hesab edir ki, bu müzakirələr Azərbaycan-Hindistan münasibətlərinin daha yüksək səviyyəyə çatdırılması üçün ciddi zəmin yaradacaq.
Müəllif: Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB