“Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsi 600 milyon dollara çatıb” - CEYHUN BAYRAMOV

“Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsi 600 milyon dollara çatıb” - CEYHUN BAYRAMOV

Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsi 600 milyon dollara çatıb.

SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, cari ilin ilk altı ayında Azərbaycan ilə Hindistan arasında ticarət dövriyyəsi təxminən 600 milyon ABŞ dolları təşkil edib.

Nazir qeyd edib ki, bu göstərici iki ölkənin mövcud potensialını tam əks etdirmir. Onun fikrincə, iqtisadi əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün böyük imkanlar mövcuddur.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə