Azərbaycan səfiri Estoniya parlamentində görüş keçirib

Azərbaycan səfiri Estoniya parlamentində görüş keçirib

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun və əməkdaşlığın daha da inkişafında maraqlıdır.

SİA xəbər verir ki, bu barədə Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev Estoniya parlamentinin deputatı, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mariya Yufereva-Skuratovski ilə görüşün yekunlarına dair "Facebook"da yazıb.

Diplomat parlament diplomatiyasının iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə