"Müasir texnologiyalar işğaldan azad edilmiş ərazilərin quruculuğunda geniş tətbiq edilir" - POLİTOLOQ DANIŞDI
"İlk altı il ərzində görülən işlər Azərbaycanın gücünü bir daha nümayiş etdirir. Bu, onu göstərir ki, Azərbaycan təkcə müharibə meydanında deyil, eyni zamanda keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı məsələsində də güclü dövlətdir".
Bu sözləri SİA-ya açıqlmasında politoloq Zeynal Əmrəliyev deyib.

O bildirib ki, bu istiqamətdə müəyyən çətinliklərimiz var:
"Məsələn, Ermənistanın mina xəritələrini düzgün təqdim etməməsi və digər problemlər Böyük Qayıdış planının daha gec reallaşmasına səbəb olur. Buna baxmayaraq, həmin ərazilərdə genişmiqyaslı və möhtəşəm işlər görülür.
İstər şəhərlərin salınması, istərsə də yeni konsepsiyaların tətbiqi baxımından müasir texnologiyalardan istifadə olunur. Azərbaycan hökuməti tərəfindən həmin ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələri uğurla həyata keçirilir. Şəhərsalma və kəndsalma sahəsində Azərbaycanın təcrübəsi digər ölkələrin də marağına səbəb olur. Düşünürəm ki, gələcəkdə bu təcrübədən daha geniş istifadə ediləcək. Azərbaycan bu istiqamətdə dünyaya uğurlu nümunə təqdim edir.
İnsanlar da böyük sevinc hissi ilə doğma torpaqlarına, ata-baba yurdlarına qayıdırlar. Qısa müddət ərzində, mina xəritələrinin düzgün təqdim edilməməsi ilə bağlı çətinliklərə baxmayaraq, genişmiqyaslı işlər görülüb və bu proses davamlı xarakter daşıyır. Artıq yeni şəhərlərin, qəsəbələrin və kəndlərin salınması istiqamətində mühüm addımlar atılır.
Ümumilikdə, Azərbaycanın məqsədi aydındır: müharibədən əvvəlki dövrdə olduğu kimi, həmin kənd və şəhərlərdə həyat yenidən canlanmalı, insanlar öz doğma torpaqlarında yaşamalı, qurub-yaratmalıdırlar. Bu, Azərbaycanın ən böyük arzularından, amallarından və əsas hədəflərindən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB