...Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, AB Ukraynadakı münaqişə tam həll olunana qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək və Rusiya qazının alışını bərpa etməyəcək.
Onun sözlərinə görə, Moskva tədarükdən Avropaya qarşı silah kimi istifadə edə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bəyanat Strasburqda keçirilən Avropa Parlamentinin iclasında verilib.
Von der Leyen sərt mövqe tutub: münaqişə bitənə və Rusiya qazı Avropaya qayıdana qədər sanksiyalar qüvvədə qalacaq. Arqument Moskvanın tədarükdən təsir gücü kimi istifadə etməsindən qorxudur.
Lakin bu məntiqin iqtisadi qiyməti var.
Yadınızda olar: Rusiya xarici işlər naziri Sergey Lavrov əvvəllər Almaniya kansleri Fridrix Merzin Rusiya qazını qəbul etməkdən imtina etməsinin Almaniyada elektrik enerjisinin qiymətlərinin üç-dörd dəfə artmasına səbəb olduğunu qeyd etmişdi.
Avropa artıq bu hərəkətin bədəlini ödəyir, qiymətləri aşağı saxlaya biləcək bir resursdan imtina edir.(?) Brüssel mənfəətdən daha çox təhlükəsizliyə üstünlük verir. Lakin münaqişə nə qədər uzun sürərsə, sənaye və ev təsərrüfatlarına yük bir o qədər artır.
Sual budur ki, qiymətlər artmağa davam edərsə və alternativ tədarüklər Rusiya qazını tam əvəz edə bilməsə, AB-də konsensus qorunub saxlanılacaqmı?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB