Prezident İlham Əliyev Vergi, Miqrasiya Məcəllələrində, eyni zamanda "Sosial sığorta haqında", "Gömrük tarifi haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlarda dəyişiklikləri imzalayıb.
SİA xəbər verir ki, sənədə əsasən, 2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan "Startap" şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətlə məşğul olmayan hüquqi şəxsə aid olduqda vergi ödəyicisinin iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərin 100 faizi azı 3 il ərzində gəlir və mənfəət vergisindən azad ediləcək.
Əvvəlki qanuna görə, mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların "Startap" şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir 3 il müddətinə gəlir və mənfəət vergisindən azad idi. Bu müddət 3 ildən 7 ilə qaldırılıb.
Gəlir və mənfəət vergisindən azad olma aşağıdakılara da şamil ediləcək:
- "Startap" şəhadətnaməsi və ya sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış şəxslərə kraudfandinq platforması vasitəsilə investisiya edən fiziki şəxslərin həmin investisiya nəticəsində əldə etdikləri qiymətli kağızların təqdim edilməsindən əldə olunan gəlirləri - 2027-ci il yanvarın 1-dən 10 il müddətinə;
- Yuxarıda göstərilən (texnologiyalar parkının rezidentləri istisna olmaqla) iştirak payları (səhmlər) üzrə fiziki şəxslərə ödənilən dividendlər - 2027-ci il yanvarın 1-dən 10 il müddətinə;
- royalti hesab edilmədən, "Startap" şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsini almış vergi ödəyiciləri tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama, infrastruktur, platforma və proqram təminatı xidmətləri üzrə, habelə tətbiqi proqramlaşdırma interfeysi xidmətləri üzrə qeyri-rezident şəxslərə edilən ödənişlər - 2027-ci il yanvarın 1-dən 20 il müddətinə. Alınan xidmətlər vergi ödəyicisi tərəfindən digər şəxslərə təkrar təqdim edildiyi halda bu maddədə nəzərdə tutulan azadolma tətbiq edilmir;
- vençur kapitalı fondları tərəfindən "Startap" şəhadətnaməsini, sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış mikro və kiçik sahibkarlıq subyektlərinə investisiyadan əldə edilən mənfəət üzrə həmin fondların iştirakçılarına (səhmdarlarına, payçılarına) ödənilən dividendlər - 2027-ci il yanvarın 1-dən 10 il müddətinə.
Layihəyə əsasən, müəyyən edilmiş akkreditə olunmuş investor tərəfindən "Startap" şəhadətnaməsi və ya sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış rezident hüquqi şəxslərin emissiya edilmiş səhmlərinin əldə edilməsi və ya əlavə maya qoyuluşu ilə iştirak paylarının əldə edilməsi üzrə investisiya məbləğləri 2027-ci il yanvarın 1-dən 10 il müddətinə aşağıdakı şərtlər daxilində fərdi sahibkarın vergi tutulan ümumi gəlirindən çıxılacaq:
- fərdi sahibkarın gəlirindən çıxılan məbləği onun müvafiq hesabat ili üzrə vergi tutulan ümumi gəlirinin (xərclər çıxıldıqdan sonra) 50 faizindən çox olmamalıdır;
- investisiya qoyuluşunu həyata keçirən fiziki şəxs investisiya cəlb edən hüquqi şəxsin təsisçiləri (payçıları) və ya icra orqanının rəhbərləri ilə qarşılıqlı surətdə asılı olan şəxs olmamalıdır;
- investisiya qoyuluşunu həyata keçirən fiziki şəxs bu investisiya nəticəsində hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayısı ilə 50 faiz və ondan daha çox iştirak payına (səhmə) və ya səsvermə hüququna malik olmamalıdır (bu məhdudiyyət vençur kapitalı fondlarına qoyulan vəsaitə aid edilmir);
- əldə edilmiş iştirak payı (səhm) investisiyanın qoyulduğu tarixdən etibarən azı 3 il müddətində fasiləsiz olaraq fiziki şəxsin mülkiyyətində saxlanılmalıdır;
- investisiya qoyulan müəssisə hesabat ili bitdikdən sonra 1 ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, ödəniş xidməti təchizatçılarının çıxarışları və s.) investisiyanı yatıran şəxsə təqdim etməlidir. Bu maddə üzrə fiziki şəxsin vergi tutulan gəlirdən çıxılan məbləği investisiyanı əldə edən şəxsin həmin investisiya məbləğini xərclədiyi hissədə həyata keçirilir;
- sənaye parklarında innovasiya və texnoloji yeniliklər üzrə qoyulacaq investisiyalarla bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq təsdiqedici sənəd təqdim edilir.
Qanuna görə, vergi ödəyiciləri tərəfindən innovasiya məhsulunun hazırlanması çərçivəsində bilavasitə aparılan, habelə "Startap" şəhadətnaməsi almış şəxslərə, sənaye və texnologiyalar parkının rezidentlərinə və ali təhsil və elmi-tədqiqat müəssisələrinə sifariş edilən elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə nağdsız qaydada çəkilən əməliyyat xərcləri (əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması istisna olmaqla) 2027-ci il yanvarın 1-dən 10 il müddətinə 2,5 əmsal tətbiq edilməklə həmin hesabat ili üzrə vergi ödəyicisinin vergi tutulan gəlirindən çıxılacaq. Sifarişçi ilə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərini icra edən şəxsin qarşılıqlı surətdə asılı olan şəxslər olduğu hallarda, həmin şəxslər arasında həyata keçirilən əməliyyatlara bu maddədə nəzərdə tutulan 2,5 əmsal tətbiq edilməyəcək. Bu maddədə nəzərdə tutulan xərclərin dairəsi və istiqamətləri, habelə texnoloji və sənaye uğursuzluqların nəticəsinin təsdiqi proseduru və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.
Royalti hesab edilmədən, "Startap" şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsini almış vergi ödəyiciləri tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama, infrastruktur, platforma və proqram təminatı xidmətləri üzrə, habelə tətbiqi proqramlaşdırma interfeysi xidmətləri 2027-ci il yanvarın 1-dən 20 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq. Alınan xidmətlər vergi ödəyicisi tərəfindən digər şəxslərə təkrar təqdim edildiyi halda bu maddədə nəzərdə tutulan azadolma tətbiq edilməyəcək.
Xəbər lenti
Yardımlıya yeni icra başçısı təyin edilib
Siyasət 12:30Sabah Bakıda yağış yağacaq
Hadisə 12:24Kürdəmirdə magistral su borusu partlayıb
Hadisə 11:27Həmişə diqqətdə...
Sosial 11:22Unudulmazlar... - FOTOLAR
Sosial 11:18Payızda saç tökülməsi niyə artır? - ARAŞDIRMA
Sosial 11:12Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 11:09"Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" təsdiqlənib
İqtisadiyyat 11:09Növbədə hamı tələsir, bəs başqasının vaxtı? - KÖŞƏ
Sosial 10:46Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:18Neft bahalaşır
İqtisadiyyat 10:15Cəbrayılda KİA aşıb, sürücü hadisə yerində ölüb
Hadisə 04:22ABŞ bu ölkədən diplomatlarını ÇIXARIR - səbəbi açıqlandı
Siyasət 03:05Azərbaycan və İtaliya arasında iqtisadi bəyannamə imzalanıb
İqtisadiyyat 02:21Yenə "Mançester Yunayted", yenə antirekord...
İdman 01:22Bakıda 82 yaşlı Türkiyə vətəndaşı küçədə ölüb
Hadisə 01:03Leyla Əliyeva Səmərqənddə Əminə Ərdoğan ilə görüşüb
Siyasət 21 Oktyabr 23:19"Qalatasaray" Fransa klubunu darmadağın etdi! -YENİLƏNİB
İdman 21 Oktyabr 23:03"Barselona" ŞOKDA - ulduz futbolçu "Real"a qarşı oynamayacaq
İdman 21 Oktyabr 22:31Kupçasız evlərlə bağlı YENİLİK
Sosial 21 Oktyabr 22:1925 il öncə Bakıda adam öldürən şəxs yaxalanıb!
Hadisə 21 Oktyabr 22:02Həftəsonu narahatlığı: “Bazar günü stressi” nədir?
Sosial 21 Oktyabr 21:52The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...
Dünya 21 Oktyabr 21:28Biri kifayət deyil: niyə ardıcıl iki və ya üç dəfə asqırırıq?
Sosial 21 Oktyabr 21:06Təsirli rəqəmlər...
Dünya 21 Oktyabr 20:49Putin kraliçanı piyadaya dəyişdi...
Dünya 21 Oktyabr 20:27Hakan Fidan “Great Sea Interconnector” layihəsinə alternativ təklif edib
Siyasət 21 Oktyabr 20:25Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərlə tanış olub
Siyasət 21 Oktyabr 20:20Ukraynadakı müharibənin əsas dərsləri müəyyən edilir...
Dünya 21 Oktyabr 20:04Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası olub
Siyasət 21 Oktyabr 19:55Rezident əlaqələndirici: Azərbaycan BMT-nin dəyərli tərəfdaşıdır
Siyasət 21 Oktyabr 19:54Uçurumdan bir fəryad...
Dünya 21 Oktyabr 19:48Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı olub
Siyasət 21 Oktyabr 19:42ABŞ-ın Avropadakı keçmiş komandanı Trampı “yerlə yeksan etdi”...
Dünya 21 Oktyabr 19:25Trampın əleyhdarlarının sayı artır...
Dünya 21 Oktyabr 19:06Milli Məclisin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə konfrans keçirilib
Siyasət 21 Oktyabr 19:06NYT: Zelenski Trampla mərasimdə ayaq üstə durmağı dayandırdı...
Dünya 21 Oktyabr 18:51Həbs qətimkan tədbirinin seçilməsinin hüquqi əsasları...
Sosial 21 Oktyabr 18:46Putinin köməkçisi: Ukrayna münaqişəsi sona yaxınlaşır
Dünya 21 Oktyabr 18:39Bakıda I Ailə Forumu keçirilib
Sosial 21 Oktyabr 18:34Qaz silah, yoxsa qiymət bombası kimi...
Dünya 21 Oktyabr 18:27Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bildirib
Dünya 21 Oktyabr 18:23Konstitusiya Məhkəməsi Plenumunda Prokurorluğun sorğusu əsasında qərar qəbul olunub
Siyasət 21 Oktyabr 18:19Kreml Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazırdır
Dünya 21 Oktyabr 18:12Həyəcan siqnalını çalıb Avropanı oyatmalıyıq...
Dünya 21 Oktyabr 18:05Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir
Sosial 21 Oktyabr 17:58553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib
Sosial 21 Oktyabr 17:47Pezeşkian: Təhdid və təzyiq dili ilə dialoqun mənası yoxdur
Dünya 21 Oktyabr 17:41Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi – hər an insan həyatının keşiyində
Səhiyyə 21 Oktyabr 17:38Prezident “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb
Siyasət 21 Oktyabr 17:10“Bu yanaşma Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin zərər görməməsinə xidmət edir” - ŞƏRH
Siyasət 21 Oktyabr 16:47“Səhiyyə islahatları yeni institusional mərhələyə qədəm qoyur” - ŞƏRH
Siyasət 21 Oktyabr 16:41Dövlət Statistika Komitəsinin strukturu dəyişib
İqtisadiyyat 21 Oktyabr 16:40Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib
Sosial 21 Oktyabr 16:39“Makronun uğursuz siyasəti Fransanı dərin siyasi və idarəetmə böhranına sürükləyib” - DEPUTAT
Siyasət 21 Oktyabr 15:55"Qarabağ televiziyasındakı 8 qadın erməni generalların məşuqələri idi" - Roman Baqdasaryan
Siyasət 21 Oktyabr 15:54Şəkinin daxili turizm imkanları nümayiş etdirilib - FOTOLAR
Turizm 21 Oktyabr 15:35Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb
İdman 21 Oktyabr 15:32Azərbaycan cüdoçuları Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
İdman 21 Oktyabr 15:22Rufiz Qonaqova ağır itki üz verib
Hadisə 21 Oktyabr 15:11Bakıda üç metro stansiyası ətrafında nəqliyyat sıxlığını azaldacaq yeni yol: İşlər nə yerdədir?
İqtisadiyyat 21 Oktyabr 15:08Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirilib - FOTOLAR
Siyasət 21 Oktyabr 14:51Vəkillər Kollegiyasının Ağsaqqal Şurasına yeni sədr seçilib
Hadisə 21 Oktyabr 14:50Azərbaycana qripə qarşı vaksinlər gətirilib, peyvəndləmə başlanır
Səhiyyə 21 Oktyabr 14:48Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib
Siyasət 21 Oktyabr 14:47Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
Siyasət 21 Oktyabr 14:46Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib
Siyasət 21 Oktyabr 14:44Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9113
+0,16%
-
GBP
2,2774
+0,17%
-
RUB
2,0791
+0,83%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



