Pezeşkian: Təhdid və təzyiq dili ilə dialoqun mənası yoxdur

Pezeşkian: Təhdid və təzyiq dili ilə dialoqun mənası yoxdur

Dialoq üçün zəmin yaradılması məqsədilə təhdidlər və sanksiyalar praktiki olaraq aradan qaldırılmalıdır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.

O qeyd edib ki, hər gün sanksiya və təzyiqləri artırmaq, qarşılıqlı əlaqə yollarını bağlamaq və eyni zamanda dialoqdan danışmaq olmaz.

“Təhdid və təzyiq dili ilə dialoqun mənası yoxdur”, - Pezeşkian əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə