"Barselona" ŞOKDA - ulduz futbolçu "Real"a qarşı oynamayacaq

"Barselona" ŞOKDA - ulduz futbolçu "Real"a qarşı oynamayacaq

"Barselona”nın yarımmüdafiəçisi Dani Olmo təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı futbolçu Çempionlar Liqasının 3-cü turunda PSJ ilə matçda (2:4) zədələnib. Müayinə zamanı onun sol ayağının adduktor əzələsində zədə aşkarlanıb. O, rəqiblə toqquşma zamanı xəsarət alıb. Ulduz futbolçunun Madrid "Real"ı ilə derbi matçında meydanda olmayacağı qeyd edilir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə