Bakıda üç metro stansiyası ətrafında nəqliyyat sıxlığını azaldacaq yeni yol: İşlər nə yerdədir?
Bakıda "Gənclik", "Nərimanov" və "Koroğlu" metro stansiyaları ətrafında nəqliyyat sıxlığının azaldılmasına xidmət edəcək yeni avtomobil yolunun tikintisi davam etdirilir.
Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, söhbət Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər inşa edilən 3,9 kilometr uzunluğunda avtomobil yolundan gedir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilən layihənin əsas məqsədi paytaxtın mühüm nəqliyyat arteriyaları arasında alternativ əlaqə yaratmaq, avtomobil axınını daha səmərəli bölüşdürmək və mövcud yolların yükünü azaltmaqdır.
Yeni yolun istifadəyə verilməsi ilə Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyatın hərəkətinin yaxşılaşdırılması, eləcə də "Gənclik", "Nərimanov" və "Koroğlu" metro stansiyaları ətrafında sıxlığın azalması gözlənilir.
Layihə çərçivəsində 5 yol qovşağının, 4 tunelin və 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulub.
AAYDA-nın məlumatına görə, hazırda layihə üzrə ümumi tikinti işlərinin 62,8 faizi icra olunub. Tunellərdə işlərin 66,46 faizi, yeraltı piyada keçidlərində isə 82 faizi tamamlanıb.
Bununla yanaşı, kommunikasiya xətlərinin köçürülməsi və yolun tikintisi ilə bağlı digər işlər davam etdirilir.
Yeni avtomobil yolu paytaxtın müxtəlif istiqamətləri arasında hərəkət imkanlarını genişləndirməklə yanaşı, mövcud küçə-yol şəbəkəsində nəqliyyat axınının daha səmərəli idarə olunmasına şərait yaradacaq.
Layihə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində icra olunur.
Xəbər lenti
Rufiz Qonaqova ağır itki üz verib
Hadisə 15:11Karapetyanın tərəfdarları saxlanıldı
Dünya 14:06Sabah rayonlarda yağış yağacaq
Sosial 12:29Azərbaycanda yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq edilir
İqtisadiyyat 11:27Ordubada qar yağıb
Hadisə 11:17Dövlət Xidməti Masallıda gənclər üçün tədbirlər keçirib
Siyasət 11:14Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu işə başlayıb
İqtisadiyyat 10:17Azərbaycan nefti 119 dollardan baha satılır
İqtisadiyyat 10:16Bakının mərkəzində restoran yanıb
Hadisə 09:55Balıq istehlakı kimlər üçün risklidir? - HƏKİM DANIŞDI
Səhiyyə 09:40Bakının bu əraziləri işıqsız qalacaq- XƏBƏRDARLIQ
Sosial 03:22Mincivanın azad edilməsindən 6 il ötür
Siyasət 03:05Bu gün Abşeronda bu yol bağlı olacaq - XƏBƏRDARLIQ
Sosial 02:23Uitkoff bu gün Rusiyaya gəlir
Dünya 02:02Naxçıvanda baş verən yol qəzasında 4 yaşlı uşaq ölüb
Hadisə 01:22"Ukrayna danışıqlarında irəliləyiş var" - Finlandiya prezidenti
Dünya 20 Oktyabr 23:19BP dənizdə tikinti işlərinə başlayıb - AÇIQLAMA
İqtisadiyyat 20 Oktyabr 23:03"Sabah" "Borussiya"ya uduzdu - YENİLƏNİB
İdman 20 Oktyabr 22:40Bakıda şadlıq sarayını satışa çıxardılar - 12 milyon manata!
Sosial 20 Oktyabr 22:31Zəngilanda atəşfəşanlıq olub
Sosial 20 Oktyabr 22:19Ermənistan Çexiyadan döyüş təyyarələri aldı - TƏCİLİ
Siyasət 20 Oktyabr 22:02Ukraynalı fotoqraf Vogue Czechoslovakia üçün üz qabığı yaradır
Dəb 20 Oktyabr 21:52Psixoloq gizli qabiliyyətlərinizi necə kəşf edəcəyinizi izah etdi...
Sosial 20 Oktyabr 21:28Canavarları insanlara tərəf sürükləyən aclıq deyil...
Sosial 20 Oktyabr 21:06Vaxtından əvvəl qocalmanın doqquz gözlənilməz əlaməti...
Sosial 20 Oktyabr 20:51Sürücülərin gözlərini yoldan çəkməsinə imkan verəcək avtomobillər...
Texnologiya 20 Oktyabr 20:27Amerikalı mühafizəkarlar seçim etmək məcburiyyətində qalırlar...
Dünya 20 Oktyabr 20:06Bakıda Macarıstanın Milli Günü münasibətilə tədbir keçirilib
Siyasət 20 Oktyabr 20:00Xəstə demək olar ki, yetkindir...
Dünya 20 Oktyabr 19:48ABŞ Senatorları Maskdan izahat tələb edirlər...
Dünya 20 Oktyabr 19:25Əsas müttəfiqlərindən biri Trampa xəbərdarlıq etdi...
Dünya 20 Oktyabr 19:07Dünyanı üç yerə bölmək olmaz.!?
Dünya 20 Oktyabr 18:49Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib
Siyasət 20 Oktyabr 18:44Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub
Siyasət 20 Oktyabr 18:38Ruslar üçün inflyasiya qumbarası...
İqtisadiyyat 20 Oktyabr 18:27Mingəçevirdə üç avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə 20 Oktyabr 18:16“Zəngilan şəhəri dirçəliş və Böyük Qayıdışın rəmzinə çevrilir“ -DEPUTAT DANIŞDI
Siyasət 20 Oktyabr 18:06“Və Putin də bunu yaxşı başa düşür”
Dünya 20 Oktyabr 18:05Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
Dünya 20 Oktyabr 17:46Moskvada Rusiya-Türkiyə məsləhətləşmələri keçirilib
Dünya 20 Oktyabr 17:43Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli” - YYSİB-nin yeni kreativ layihəsi
Mədəniyyət 20 Oktyabr 17:41Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
Dünya 20 Oktyabr 17:38“Google Cloud”da problem yaranıb
Texnologiya 20 Oktyabr 17:3127 illik qaranlığın süquta uğradığı gün: 25 oktyabr Qubadlı Şəhəri Günüdür - MƏQALƏ
Siyasət 20 Oktyabr 17:29Zəngilan yenidən qurulur - MƏQALƏ
Siyasət 20 Oktyabr 17:26Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9082
-0,08%
-
GBP
2,2735
+0,30%
-
RUB
2,0619
+0,43%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



