Neftçalada azyaşlı uşaq traktorun altında qalaraq ölüb

Neftçalada azyaşlı uşaq traktorun altında qalaraq ölüb

Neftçala rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində vəfat edib. Hadisə rayonun Pirətəvan adlanan ərazisinə gedən yolda qeydə alınıb.

İlkin məlumata əsasən, Həsənabad qəsəbəsində qeydiyyatda olan, Neftçala şəhəri R. Həsənov küçəsində yaşayan 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altında qalıb. Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb, faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə