XİN-də Milli Müdafiə Universitetinin akademik kursunun iştirakçıları ilə görüş keçirilib

XİN-də Milli Müdafiə Universitetinin akademik kursunun iştirakçıları ilə görüş keçirilib

22 oktyabr tarixində Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası Milli Müdafiə Universitetinin “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu”nun iştirakçıları ilə görüş keçirilib.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Daha sonra, kurs iştirakçılarına Xarici İşlər Nazirliyinin iş prosesi barədə məlumat verilib.

Kursda Müdafiə Nazirliyi və digər dövlət qurumlarından, eləcə də Türkiyə, Pakistan və Qazaxıstandan ümumilikdə 29 nəfər nümayəndə iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə