Bu gün Binəqədinin bəzi ərazilərində qaz olmayacaq

Bu gün Binəqədinin bəzi ərazilərində qaz olmayacaq

Bu gün Bakının Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. SİA xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Qeyd olunub ki, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunda Binəqədi qəsəbəsinin, Baksol yolunun, Binəqədi şosesinin, 1-ci, 2-ci və 3-cü Mədən ərazisinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə