“Yağıntıların azalması və suya tələbatın artması quraqlığın təsirlərini daha da gücləndirir” - EKSPERT
"Ümumiyyətlə, quraqlıq, temperaturun uzun müddət yüksək olması və ekstremal hava hadisələri bir çox hallarda iqlim dəyişmələrinin təsiri kimi izah olunur. Mütəxəssislər hesab edirlər ki, bu cür ekstremal hadisələr məhz iqlim dəyişmələrinin təzahürləridir".
Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib.
Onun sözlərinə görə, əlbəttə ki, belə hava şəraiti suya olan tələbatı kəskin şəkildə artırır: "İlk növbədə, torpağın quruması baş verir. Bu da torpaqda rütubət çatışmazlığını artırır və nəticədə suvarma zamanı daha çox suyun torpağa verilməsinə səbəb olur.
İkinci tərəfdən isə kəskin quraqlıq dövründə bitkilərdən baş verən evapotranspirasiya, yəni buxarlanma prosesi güclənir. Bu da bitkilərin suya olan tələbatını artırır. Başqa sözlə, bitkiləri daha tez-tez suvarmaq lazım gəlir.
Lakin paralel olaraq yağıntılar müşahidə olunmur. Yağıntıların olmaması və suya tələbatın artması iki istiqamətdə təhlükəli tendensiya yaradır: bir tərəfdən su ehtiyatları azalır, digər tərəfdən isə suya olan tələbat artır.
Bu vəziyyət çox vaxt ciddi su itkilərinə və kənd təsərrüfatı bitkilərinin məhv olmasına səbəb olur. Bu cür hadisələr xüsusilə dünyanın quraq regionlarında daha tez-tez baş verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB