DYP piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

DYP piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Bu barədə SİA-ya qurumdan məlumat verilib.

Bildirilib ki, piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili bu qəbildən olan qəzaların əksəriyyətinin piyada zolaqlarının, yaxud yeraltı və ya yerüstü piyada keçidlərinin yaxınlığında, xüsusilə sutkanın qaranlıq vaxtı baş verdiyini göstərir:

"Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək, onları yolu keçərkən diqqətli olmağa, o cümlədən telefon, qulaqlıq və digər bu kimi vasitələrdən istifadə etməkdən çəkinməyə, eynisəviyyəli piyada keçidlərində ləngiməməyə, yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, svetoforun tələblərinə riayət etməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com