İntizam Komitəsi iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb

İntizam Komitəsi iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb

AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.

SİA xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

AFFA U-14 Qızlar Liqasının "Sabah" – "Ulduz FA" oyununda Əsasnaməyə uyğun yaş limitini pozduğu üçün qonaq komanda 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

AFFA U-14 Qızlar Liqasının "Türkan" (Bakı) – "Neftçi" matçında isə Əsasnaməyə uyğun yaş limitini pozan meydan sahibi komandaya texniki məğlubiyyət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə