“Hindistan Azərbaycandan İTEC proqramında iştirakın artırılmasını istəyir“ -SUBRAHMANYAM CAYŞANKAR

“Hindistan Azərbaycandan İTEC proqramında iştirakın artırılmasını istəyir“ -SUBRAHMANYAM CAYŞANKAR

Hindistan Azərbaycandan İTEC proqramında iştirakın artırılmasını istəyir.

SİA xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Hindistanla Azərbaycan arasında müxtəlif sahələrdə çalışan mütəxəssislərin bilik və təcrübə mübadiləsinə imkan yaradan əməkdaşlıq proqramları mövcuddur.

O, İTEC proqramı çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin iştirakının bərpa olunmasına və sayının artırılmasına çağırıb.

Subrahmanyam Cayşankar, həmçinin Azərbaycanda təhsil alan hindistanlı tələbələrə göstərilən diqqətə görə təşəkkür edib. O, bu ilin əvvəlində İranda baş verən münaqişə zamanı, xüsusilə tələbələr də daxil olmaqla, Hindistan vətəndaşlarının təxliyəsinə göstərilən yardımı yüksək qiymətləndirib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə