“Azərbaycan və Hindistan arasında siyasi dialoq mütəmadi davam etdirilib” - CEYHUN BAYRAMOV
Azərbaycan və Hindistan arasında siyasi dialoq mütəmadi davam etdirilib.
SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, son illərdə Azərbaycan və Hindistan arasında müxtəlif səviyyələrdə görüşlər, səfərlər, telefon danışıqları və siyasi məsləhətləşmələr keçirilib.
Nazir vurğulayıb ki, hər iki ölkədə təşkil olunan çoxsaylı beynəlxalq tədbirlərdə yüksək səviyyəli nümayəndə heyətləri fəal iştirak edib. O bildirib ki, beynəlxalq platformalarda qurulan əməkdaşlıq və aparılan müzakirələr iki ölkə arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.
Müəllif: Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB