“Hindistan Azərbaycan və Ermənistan arasında davamlı sülhün tərəfdarıdır“ -SUBRAHMANYAM CAYŞANKAR

“Hindistan Azərbaycan və Ermənistan arasında davamlı sülhün tərəfdarıdır“ -SUBRAHMANYAM CAYŞANKAR

Hindistan Azərbaycan və Ermənistan arasında davamlı sülhün tərəfdarıdır.

SİA xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Hindistan Azərbaycan və Ermənistan arasında ötən ilin avqustunda əldə olunmuş sülh razılaşmasını alqışlayır və bunun davamlı sülhün bərqərar olmasına gətirib çıxaracağına ümid edir.

Nazir vurğulayıb ki, Hindistan mübahisələrin dialoq və diplomatiya yolu ilə həll edilməsinin tərəfdarıdır.

O, həmçinin görüşdə Yaxın Şərq, Avropa və Avrasiya regionlarında baş verən proseslərin müzakirə olunduğunu bildirib. Qeyd edib ki, bu hadisələrin qlobal nəticələri, xüsusilə Qlobal Cənub ölkələri üçün yaratdığı problemlər diqqət mərkəzində olub.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə