“Hindistan Azərbaycan iqtisadiyyatına investisiyaları genişləndirmək niyyətindədir“ -SUBRAHMANYAM CAYŞANKAR

“Hindistan Azərbaycan iqtisadiyyatına investisiyaları genişləndirmək niyyətindədir“ -SUBRAHMANYAM CAYŞANKAR

Hindistan Azərbaycan iqtisadiyyatına investisiyaları genişləndirmək niyyətindədir.

SİA xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəflər ikitərəfli ticarətin və investisiyaların daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Nazir bildirib ki, Hindistan şirkətləri uzun illərdir Azərbaycanda fəaliyyət göstərir. Xüsusilə neft-energetika sektorundakı investisiyalar əhəmiyyət daşıyır. Tərəflər bu sahədə əməkdaşlığın dərinləşdirilməsi, eyni zamanda digər istiqamətlər üzrə də investisiya imkanlarının genişləndirilməsi barədə razılığa gəliblər.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə