"Böyük Qayıdış həm quruculuq, həm də milli yaddaşın bərpasıdır" - POLİTOLOQ DANIŞDI
"Böyük Qayıdış prossesi Azərbaycanın müasir tarixində mühüm yer tutan, yalnız işğaldan azad edilmiş ərazilərin bərpasını deyil, həm də yüz minlərlə insanın doğma torpaqları ilə yenidən qovuşmasını nəzərdə tutan genişmiqyaslı prosesdir. Təxminən 30 il ərzində doğma yurdlarından ayrı düşmüş insanların öz evlərinə qayıtması tarixi ədalətin bərpasının, milli həmrəyliyin və gələcəyə inamın ifadəsidir".
Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
.jpg)
Onun sözlərinə görə, bu gün işğaldan azad olunmuş əraizlərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir:
"Dağıdılmış yaşayış məntəqələri yenidən qurulur, müasir yaşayış kompleksləri, məktəblər, tibb müəssisələri, yollar, elektrik və su təchizatı sistemləri yaradılır. Ağıllı kənd və şəhər konsepsiyaları, yaşıl enerji layihələri, sənaye parkları və yeni istehsal müəssisələri bölgənin iqtisadi potensialının bərpasına xidmət edir. Bununla yanaşı, tarixi və dini abidələrin bərpası milli-mədəni irsin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bütün bu işlərin əsas məqsədi insanların təhlükəsiz, rahat və layiqli yaşayışı üçün zəruri şərait yaratmaqdır.
Bərpa prosesinin maliyyə miqyası da diqqətəlayiqdir. Bu günə qədər işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən ümumilikdə 26 milyarda manata yaxın vəsait ayrılıb. Bu vəsait infrastrukturun qurulması, yaşayış məntəqələrinin bərpası və sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsinə yönəldilir.
Böyük Qayıdışın əsas nəticəsi isə insanların doğma yurdlarında məskunlaşmasının genişlənməsidir. Hazırda 40 mindən çox insan 47 yaşayış məntəqəsinə qayıdıb. Qarabağ və Şərqi Zəngəzurda ümumilikdə isə təxminən 100 min insan yaşayır, işləyir və təhsil alır.
Bu prosesin ən təsirli tərəfi isə mənəvi məzmunudur. İllərlə doğma evinin, kəndinin, ata-baba ocağının həsrəti ilə yaşayan insanların geri dönməsi, uşaqlarının həmin torpaqlarda böyüməsini görməsi böyük sevinc və qürur mənbəyidir. Bir zamanlar ayrılıq və nisgillə xatırlanan ünvanlarda yenidən həyatın canlanması nəsillər arasında tarixi bağlılığın qorunmasına xidmət edir. Odur ki, Böyük Qayıdışı həm quruculuq, həm sosial inkişaf, həm də milli yaddaşın bərpası prosesi adlandıra bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB