“Hindistan və Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzrə əməkdaşlığı gücləndirəcək” -SUBRAHMANYAM CAYŞANKAR
Hindistan və Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzrə əməkdaşlığı gücləndirəcək.
SİA xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, qloballaşan iqtisadiyyatda nəqliyyat bağlantıları xüsusi əhəmiyyət daşıyır. Həm Hindistan, həm də Azərbaycan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizində maraqlıdır.
Nazirin sözlərinə görə, tərəflər bu istiqamətdə daha sıx koordinasiyanın vacibliyini vurğulayıblar. O, həmçinin iki ölkə arasında gündəlik aviareyslərin həyata keçirildiyini və münasibətlərin inkişafı üçün hava nəqliyyatı əlaqələrinin daha da genişləndirilməsinin vacib olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB