Media nümayəndələri Bakı Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib.
SİA xəbər verir ki, media nümayəndələri Mərkəzdə yaradılan şəraitlə, göstərilən xidmətlərlə və burada tətbiq olunan fizioterapevtik prosedurlarla yaxından tanış olublar.
Bildirilib ki, Mərkəz əlilliyi olan şəxslər və onların ailə üzvlərinə xidmət göstərir. Burada sakinlər stasionar, ambulator, icma əsaslı, səyyar xidmətlərə, eləcə də hippoterapiya və sosial-psixoloji dəstək tədbirlərinə cəlb edilirlər.
Stasionar qaydada reabilitasiya kursu keçmələri üçün əlilliyi olan şəxslər qeydiyyatda olduqları ərazi üzrə Tibbi-sosial ekspert komissiyaları və ya DOST Mərkəzlərinə, ambulator və digər qaydada reabilitasiya xidmətlərindən yararlanmaq üçün isə birbaşa reabilitasiya müəssisələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, hazırda Mərkəzdə 200-ə yaxın şəxsə müxtəlif xidmətlər göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB