...Səudiyyə Ərəbistanından olan Şbeili bin Əhməd Həsən əl-Şehri öz nümunəsi ilə dünyadakı həmvətənlərinə və dindaşlarına sevən müsəlman ərin həyat yoldaşı üçün necə olması lazım olduğunu göstərib.
Əl-Şehri 11 ildir evlidir, həyat yoldaşı isə son illərdə böyrək çatışmazlığından əziyyət çəkirdi. İş o yerə çatıb ki, qadının böyrəkləri praktiki olaraq sıradan çıxıb və onun təcili transplantasiyaya ehtiyacı olub.
Ər əvvəlcə uyğunluq üçün testlər apardı və məlum oldu ki, onun böyrəyi həyat yoldaşına uyğun gəlir.
...Həyat yoldaşımı xilas etməyə gələndə tərəddüd etmədim. 11 ildir evliyik, onun xəstəliyinə görə nə qədər ağrılar çəkdiyini görürəm və mən tamamilə fiziki ağrısız yaşayıram. Mən onun belə bir hədiyyə almasını istəyirəm.
SİA-nın məlumatına görə, donorun dediklərini “İslam News” yayımlayıb.
Qeyd edək ki, böyrək transplantasiyası əməliyyatı Kral Fəhd Xəstəxanasında aparılıb və hər şey yaxşı keçib.
İndi əl-Şehri həkimlərə, tibb işçilərinə və öz həyat yoldaşının ömrünü uzatmaq imkanı verdiyi üçün Uca Yaradana yorulmadan təşəkkür edir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə