Fransa prezidenti Emmanuel Makron villasını 3,6 milyon avroya satır.
SİA-nın məlumatına görə, bu barədə RİA Novosti yerli KİV-ə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, villa Fransanın şimalındakı Le Touquet-Paris-Plage kurort kommunasında yerləşir.
Mülkiyyətin yeni sahibi Oxial inkişaf şirkətidir - alıcının planlarına görə, villa premium mağazaları olan kommersiya obyektinə çevriləcək.
Eyni zamanda kurortun “qızıl üçbucağında” yerləşir və bu, son dərəcə əlverişli yerdir.
Qeyd olunur ki, villa Makronun kurortdakı yeganə mülkü deyildi - Fransa prezidentinin dəniz mənzərəli daha bir böyük mülkü var. Bundan əvvəl Makron BMT-də Fələstinlə bağlı konfrans keçirəcəyini vəd etmişdi.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə