"Şəhərdaxili sərnişindaşıma sahəsində avtobuslarda sərnişin sayına limit qoyulması mümkündür. Hər bir avtobusun texniki pasportunda müəyyən edilmiş sərnişin tutumu var və əslində, bu hədd aşılmamalıdır".
Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, avtobuslarda sərnişin sayını elektron sistem vasitəsilə izləmək mümkündür. Maksimum tutum dolduqda yeni sərnişinlərin avtobusa minməsi məhdudlaşdırıla bilər:
"Lakin burada əsas məsələ dayanacaqlarda gözləyən sərnişinlərin daşınmasında problem yaranmasıdır.
Bildiyiniz kimi, tıxaclar səbəbindən avtobusların hərəkət intervalı uzanır və onların dayanacaqlara çatması arasındakı vaxt fərqi artır. Məsələn, avtobus müəyyən edilmiş vaxtda dayanacağa çatmalı olduğu halda, tıxac səbəbindən gecikə bilər.
Ona görə də təklif etdiyiniz sərnişin limitinin tətbiqi mümkündür. Sadəcə, bu zaman dayanacaqlarda gözləyən və avtobusa minə bilməyən sərnişinlərin vəziyyətini də nəzərə almaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB