Ruslar jurnalist Dmitri Qordonu öldürməyə hazırlaşırdılar...

Ukrayna Təhlükəsizlik Xidməti iki sui-qəsd cəhdinin qarşısını aldı.

...Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının sifarişi ilə jurnalist Dmitri Qordona qarşı iki sui-qəsdin qarşısını alıb. Hadisəni törədən şəxslər əvvəlcədən saxlanılıblar.

SİA-nın məlumatına görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk “Biz Ukraynayıq” telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, iki qrup Qordonu aradan götürməyə çalışıb, çünki Qordon rusların Solovyovundan fərqli olaraq həqiqəti deyir və ona görə də Rusiyada izlənir.

... Malyuk deyir ki, bir qrup Regionlar Partiyasından olan keçmiş xalq deputatı ilə işləyirdi, onun soyadı Qruşevskidir. O, hazırda həbsdədir. Biz onları Poltava vilayətində təxribat törətdiklərinə görə izləyirdik... amma sənədləşmə prosesində... anladıq ki, o, Dmitri Qordonun vizual müşahidəsini hazırlayır və aparırmış...

Sonradan Qordonu öldürməyə gənc bir Dağıstanlı cəlb edilmişdi. Bunun üçün ona 40 min dollar veriləcəkdi.

...O, rusların Qordonu qısa lüləli tüfənglə, jurnalistin mühafizəçinin yanında olduğu halda isə daha sonra pulemyotla öldürmək və “tapançadan nəzarət atəşi açmaq” istədiyini qeyd edib. Dağıstanlı və onun əlaltıları - hamısı saxlanılıb, hamısı həbs edilib.

Malyuk deyir bunu.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə