Finlandiya parlamentinin baş katibi dövlətə xəyanətdə şübhəli bilinir

Finlandiya parlamentinin baş katibi Antti Pelttari dövlətə xəyanətdə şübhəli bilinir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Yle” teleradio şirkəti məlumat yayıb.

Bildirilir ki, o, Təhlükəsizlik Polisinin rəhbəri kimi əvvəlki işində cinayətlər törətməkdə şübhəli bilinir.

İş milli təhlükəsizliklə bağlı dövlət sirrinin açılması kimi araşdırılır.

A.Pelttari bildirib ki, özünü cinayətdə təqsirli hesab etmir.

Günahı sübuta yetirilərsə, onu 4 aydan 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə