Kallasın sözləri Ermənistanda mübahisəyə səbəb olub

...mayın 9-da Moskvada keçirilən paradla bağlı

Ermənistan Milli Assambleyasının (parlament) spikeri Alen Simonyan mayın 9-da keçirilən Qələbə paradı ilə bağlı Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla razılaşmayıb.

SİA-nın məlumatına görə, Kallasın mayın 9-da Moskvada keçirilən paradla bağlı sözləri Ermənistanda mübahisəyə səbəb olub.

Simonyanın sözlərinə görə, Ermənistan üçün bu tarixi bayramın dərk edilməsi məsələsidir.

…Baş nazirin iştirakı heç bir şəkildə Avropa İttifaqı və ya digər məsələlərlə bağlı ola bilməz, - deyə erməni rəsmi bildirib.

Simonyan qeyd edib ki, Ermənistan üçün bu həm də qələbə bayramıdır, çünki 300 min erməni cəbhədən qayıtmayıb.

…Bu, bizim qürurverici günlərimizdən biridir.

Bu da Simonyanın sözləridir.

…Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan edib. Bundan başqa, o, İrəvanla Bakı arasında münaqişənin həlli üçün birinci Qarabağ müharibəsi zamanı yaradılmış Minsk Qrupunu ləğv etmək niyyətində olduğunu bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə