Brestdə eniş zamanı quş təyyarənin mühərrikinə çırpılıb

Belarusun Belavia aviaşirkəti Moskva-Brest reysi ilə uçan təyyarənin təhlükəsiz eniş etdiyini bildirib. Belə ki, bir müddət əvvəl təyyarə quşla toqquşub.

SİA-nın məlumatına görə, bu barədə “İnterfaks” xəbər verir. Təyyarənin təyinat yerinə endiyi qeyd edilir.

Uçuşda heç bir gözə çarpan ziyan belə olmayıb, lakin təhlükəsizliyi təmin etmək üçün şirkət yenə də təyyarəni əlavə texniki baxışa göndərib.

…Bu gün “Belavia”nın B2-912 Moskva-Brest reysi ilə eniş zamanı quş Embraer-175 (quyruq nömrəsi EW-512PO) təyyarəsinin mühərrikinə dəyib.

Bu şirkətdən bildirilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə