…Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukraynanın Rusiya ilə münaqişədə qələbə qazanmasının qeyri-mümkün olması “əvvəldən bəlli idi”.
SİA xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” “Neue Zürcher Zeitung” nəşrinə istinadən məlumat yayıb.
Orbanın fikrincə, Avropanın Ukraynaya dəstək verməsi əvvəldən səhv idi, çünki münaqişənin əvvəlində Ukrayna Silahlı Qüvvələrinin qalib gələ bilməyəcəyi aydın idi. Macarıstanın baş nazirinin sözlərinə görə, Avropa ölkələri münaqişəni dərhal təcrid etməli və atəşkəsə nail olmalı idi. …Əvvəldən məlum idi ki, Ukraynanın qələbəsi qeyri-mümkündür.
Daha əvvəl Orban sanksiyalardan Macarıstanın Rusiyadan daha çox əziyyət çəkdiyini bildirmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə