Novosibirskdən Fərqanəyə uçan "Özbəkistan Hava Yolları"na məxsus təyyarə qatı duman səbəbindən Daşkənddə məcburi eniş edib.
SİA-nın məlumatına görə, RİA Novosti bu barədə "Uzbekistan Airports" ASC-yə istinadən xəbər verir.
Qeyd olunur ki, enişin səbəbi Fərqanə hava limanında qatı duman olub.
Eyni zamanda eniş normal şəkildə baş tutub - hazırda təyyarə Özbəkistanda havanın yaxşılaşmasını gözləyir, bundan sonra uçuş davam etdiriləcək.
...Bundan əvvəl Moskvadan Permə uçan təyyarənin ekipajı enişdən sonra polisin iştirakını istəyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB