Avro Liqa yarışlarına start verilib

Voleybol üzrə qadınlar arasında "Avropa Liqası" yarışları start götürüb. Voleybol Federasiyasından Siasport.az saytına verilən xəbərə görə, 12 ölkənin mübarizə apardığı Avro Liqada Türkiyə, Çexiya, Hollandiya, Yunanıstan, İsrail, Macarıstan, Rumıniya, Serbiya, Fransa, Bolqarıstan, İspaniya və İsveçrə milliləri mübarizə aparır.

Məlumat üçün bildirək ki, komandalar 3 qrup olaraq mübarizə aparır. A və C qruplarındakı ilk iki mərhələ artıq sona çatıb, Dairəvi şəkildə keçirilən görüşlərdə hər üç qrupda oyunlar dörd mərhələdən ibarətdir. B qrupu isə ikinci mərhələyə isə iyunun 15-də start veriləcək.

Qeyd edək ki,son nəticələrə görə A qrupuna Serbiya, B qrupuna Bolqarıstan, C qrupuna isə Hollandiya millisi liderlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə