"Böyük Dəbilqə"də Azərbaycan millisinin rəqibləri bəlli olub

Azərbaycan millisinin cüdoçularının Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək “Böyük Dəbilqə” turnirindəki ilk rəqibləri müəyyənləşib. SİA xəbər verir ki, bu gün yarışın püşkatma mərasimi təşkil olunub.

Martın 24-26-sı aralığında baş tutacaq “Böyük Dəbilqə”də Azərbaycan millisi 13 cüdoçu ilə təmsil olunacaq.

Kişilər

60 kq

1/16 final: Kəramət Hüseynov - Dilşod Xalmatov (Ukrayna)

1/16 final: Turan Bayramov - Aybek Omirov (Türkmənistan)

66 kq

1/32 final: Kamran Süleymanov – Quram Dzavaşvili (BƏƏ)

73 kq

1/32 final: Rəşid Məmmədəliyev - Mixeili Baxbaxaşvili (Gürcüstan)

1/32 final: Nəriman Mirzəyev - Eduardo Mella (İtaliya)

81 kq

1/16 final: Rüstəm Orucov - Zaur Dvalaşvili (Gürcüstan)

1/16 final: Elcan Hacıyev - Anri Equtidze (Portuqaliya)

90 kq

1/16 final: Vüqar Talıbov - Aram Qriqoryan (BƏƏ)

+100 kq

1/8 final: Camal Qamzatxanov - İqnas Meçajus (Litva) / İrakli Demetraşvili (Gürcüstan) cütünün qalibi

Qadınlar

48 kq

1/16 final: Leyla Əliyeva - Venna Juanq (Çin)

52 kq

1/16 final: Gültac Məmmədəliyeva - Yasmim Lima (Braziliya)

1/16 final: Aydan Vəliyeva - Naomi Van Krevel (Niderland)

57 kq

1/16 final: Fidan Əlizadə - Paulin Stark (Almaniya)

Bütün xəbərlər Facebook səhifəmizdə