Qazaxda yanğın hadisəsi baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
1994-cü il təvəllüdlü N.Mehdiyevin idarə etdiyi TIR anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib.
Yanğın söndürülüb, avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB