Şərurda anbarda yükün aşması nəticəsində bir nəfər ölüb...

1 nəfər xəsarət alıb
Şərurda anbarda yükün aşması nəticəsində bir nəfər ölüb...

Şərur rayonunda bədbəxt hadisə baş verib.

SİA xəbər verir ki, rayonun İbadulla kəndində soyuducu anbarda yük rəflərinin aşması nəticəsində 2 nəfər yükün altında qalıb.

Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Rüqayyə Məmmədova həyatını itirib. 1976-cı il təvəllüdlü Səidə Zamanova xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şərur rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə