Yumurtanın üzərindəki kodların sirri BƏLLİ OLDU - MÜNASİBƏT BİLDİRİLDİ

"Kodlar bütün dünyada dörd rəqəmdən ibarətdir: 0, 1, 2, 3". Bu sözləri SİA-ya açıqlamasında qida məsələləri üzrə mütəxəssis, ekspert Ağa Salamov deyib.

Ekspert bildirib ki, hər yumurtanın öz kodu var: "Misal üçün, kənddə hində saxlanılan toyuq yumurtası dünya standartlarına görə "0" ilə kodlanır. Yumurtanın üstündə istehsal tarixi yazılır, bir də kod yazılır. O kodlar onun orqanik olub-olmamasından xəbər verir. Bütün dünyada belə hesab olunur ki, "0" hin toyuqlarının yumurtalarıdır. Hində bəslənir, həyətdə orqanik yem yeyir və onun yumurtası da ən faydalı olandır. Bu cür yumurtaları bazardan alanda baxacaqlar ki, yumurtaların standartı yoxdur. Böyük, kiçik, üstü bir az qabarıq ola bilər. Çünki fərqli toyuqlar yumurtlayır deyə belə olur.

"1" rəqəmi ilə kodlananlar isə fermerin qəfəsdə yox, həyətdə saxladığı toyuqlardır. Amma bu toyuqların yumurtaları hin toyuqlarının yumurtasına nisbətən keyfiyyətdə aşağıdır.

"3" ilə kodlananlar isə broylerlərdir. Qəfəsdə, stress altında saxlanılır. Onların yemi də orqanik deyil. Bu toyuqlar zülallarla qidalanmır, eşələnmir, yaşıl ot yeyə bilmir. Deməli, bunların yemləri də hormonal yemlərdir. Ona görə də insanlarda hormonal pozuntular baş verir. Bu toyuqların yumurtaları keyfiyyətli sayılmır. Kənd yumurtası qədər onun qida dəyəri yüksək deyil".

"Fermerlər bu gün inəyini, torpağını satıb şəhərə üz tutur. Çünki fermerlərin şəraitləri yoxdur. Fermerləri nə qədər sıradan çıxarsaq, əzsək, qayğı göstərməsək, şərait yaratmasaq o qədər də biz keyfiyyətdən danışa bilməyəcəyik. Sağlam qidalardan ağız dolusu danışıb kəndlini sıradan çıxarmaq olmaz. Əksinə gəzən toyuqların sayını çoxaltmaq lazımdır. Həm toyuq, həm də xırda və iribuynuzlu heyvanlar cəhətdən geniş inkişaf getsin ki, ucuzluqdan, keyfiyyətdən danışmaq olsun. Amma bu gün ölkəyə nə qədər xırdabuynuzlu və iribuynuzlu idxal olunur, eyni zamanda toyuqlar da broylerdir. Yumurtalar daxildə istehsal olsa da, nə qədər keyfiyyətindən danışmaq olar? Bu, sual altındadır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə