Türk aktrisa Gizem Karaca, İlker Kızmaz, İlhan Şaşan, Derya Alabora və Tekin Temel, Emir Xəlilzadənin rejissor olduğu "Əlli Kəliməlik Məktub" filmində baş rollarda oynayırlar. SİA xarici mətbuata istinadən xəbər verir ki, filmin çəkilişləri bitib.

Film 10 sentyabrdan kinoteatrlarda yayımlanacaq. "Əlli Kəliməlik Məktub", Adnan Menderes dövründə Nəqliyyat, Milli Təhsil və İctimai işlər naziri olan Tevfik İlerinin 27 may zərbəsi ilə Yassıadaya sürgün edilməsindən bəhs edir. Tevfik İleri 1961-ci ilin dekabrında xərçəng xəstəliyinə tutuldu və vəfat etdi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə