Nejat Uygur tərəfindən hazırlanan "Süd Qardaşları" tamaşaçılarla görüşməyə hazırlaşırdı. SİA xarici mətbuata istinadən xəbər verir ki, 18 avqustda açılacaq oyun Emine Ünün koronavirusa yoluxması səbəbindən təxirə salınıb.

Aktyot Behzat Uyğur sosial media hesabında həmkarı Emine Ünün koronavirusa yoluxduğunu açıqlayıb: "Hörmətli tamaşaçılar, aktrisamız Emine Ünün koronavirusa yoluxub xəstə olması səbəbindən, avqustun 18-də oynayacağımız “Süt Kardeşlər” oyunumuzu 1 Sentyabr çərşənbə gününə təxirə salmalı olduq. Ona tez sağalmasını arzulayırıq. Bizi anladığınız üçün təşəkkür edirik. Avqust ayından etibarən biletlərinizi yeni tarixli biletlərlə əvəz edə bilərsiniz”.

Aktrisa isə bunları qeyd edib: "Tamaşaçılarımızla görüşməyi həyəcanla gözləyərkən təəssüf ki, covid-19 test nəticəm müsbət olduğu üçün oyunumuzu sentyabrın 1-nə təxirə saldıq. Ümid edirəm ki, tezliklə sağalacağam. Bütün dostlarıma və yaxşı mesaj və arzularını göndərən tanışlara təşəkkür edirəm”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə