Məşhur aktrisadan sevgilisinə bikinili pozlar FOTO

Sosial media səhifəsində etdiyi paylaşımlarla diqqət çəkən türk aktrisa Nilperi Şahinkaya, tennis kortunda şezlongunu açaraq pozlar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, oteldə tətildə olan aktrisa bikinisini geyinərək hazırlaşıb. Ancaq sahilə yox, qaldığı obyektin tennis kortlarına gedib.

Burada şezlongunu açıb və sevgilisi Emre Yusufiyə poz verib. Daha sonra bu fotoları "Həyat bir sahildir" qeydi ilə sosial mediada paylaşıb.

İzləyiciləri aktrisaya "Kort da çimərliyə çevrildi" rəyini yazıblar.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə