Elariz Məmmədoğlunun oğlu universitetdən xaric olunub?

Elariz Məmmədoğlunun oğlu universitetdən xaric olunub?
Populyar müğənni Elariz Məmmədoğlunun oğlu Məmmədin sentyabrda yüksək bal toplayaraq Türkiyənin İstanbul Dövlət Universitetinin "Beynəlxalq münasibətlər fakultəsi"nə qəbul olunması haqda məlumat vermişdik. Amma yerli internet saytlarının birində Məmmədin universitetdən qovulduğu və bu səbəbdən də vətənə geri döndüyü haqda məlumatlar dərc olunub. Yazılan informasiyadan xəbərdar olan müğənninin mətbuat katibi Azər Nəsibov SİA-ya açıqlamasında Elarizin oğlunun həqiqətən Bakıda olduğunu təsdiqləyib: "Məmməd Azərbaycana qayıdıb, amma çox qısa bir müddətlik. Bilindiyi kimi Türkiyədə Müqəddəs Qurban Bayramı qardaş Türkiyədə xüsusi təmtəraqla keçirilir. Qeyri-iş günlərin sayı çox olur. Təhsil alan tələbələr məzuniyyətə buraxıldığı üçün Məmməd də əziz bayramı ailə üzvləri ilə qeyd etməkdən ötrü vətənə gəlib. Sadəcə maraqlıdır ki, nə məqsədlə Elarizin bədxahları, oğlunun guya universitetdən xaric edilməsi haqda yalan məlumatları mediaya ötürürlər. Fürsətdən istifadə edib çalışdığım müğənninin adından bəyan edirəm ki, söz-söhbətlərin heç bir əsası yoxdur. Məmməd çox nümunəvi tələbə kimi təhsilini İstanbul Dövlət Universitetində davam etdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə